Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” keçirilib. "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış 28 minə yaxın qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirib. 

Bakı Ağ Şəhər-in kollektivləri ənənəvi olaraq tədbirdə fəal iştirak etdilər. İdmanın inkişafına və sağlam həyat tərzinə dəstək olaraq Bakı Ağ Şəhər komandası hər il Bakı Marafonunda iştirak edir. “Bakı Marafonu 2025” - də iştirak edən 28 min iştirakçı arasında Bakı Ağ Şəhər komandasının marafonçusu Ruslan Bəbirov 21 km məsafəni 1 saat 44 dəqiqəyə qət etdi. Korporativ iştirakçılar arasında Ruslan Bəbirov 9-cu, ümumi sıralamada 170-ci yeri tutdu.

Bakı marafonu artıq 8-ci dəfədir keçirilir.  İştirakçılar arasında tanınmış siyasi və ictimai xadimlər, ziyalılar, görkəmli elm və mədəniyyət xadimləri var idı. Ümumilikdə marafon 200-dən çox rəsmi və fəxri qonağı bir araya toplayıb. Finişə çatanlar arasında gənclər və idman naziri Fərid Qayıbov da var idi.

Marafon Dövlət Bayrağı Meydanında başlayıb və başa çatıb. Marşrut Dənizkanarı bulvar boyunca, paytaxtın mərkəzi küçələri və prospektlərindən keçirdi. Ümumi uzunluq 21 kilometr təşkil edirdi.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası yaradılmışdı. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirildi, sevilən ifaçıların iştirakı ilə musiqi proqramı təşkil edildi. 
 

Qalereya