Bakı Ağ Şəhər Ofis Binası - dünyanın ən böyük şəhərsalma layihələrindən biri olan Bakı Ağ Şəhərin ilk landmarkıdır. Ofis Binası beynəlxalq standart olan BREEAM International 2013 sertifikatlaşmasını uğurla keçmişdir.
Beynəlxalq sertifikatın alınması Bakı şəhərində ekoloji tikintinin inkişafında yeni mərhələnin başlanğıcı deməkdir və dizayn və tikintidə qlobal trendi əks etdirir. Binanın uğuru yalnız qabaqcıl memar və dizaynerlərin tikintiyə cəlb edilməsilə deyil, həmçinin ekoloji və sosial yanaşma ilə müəyyən edilir.
Bakı Ağ Şəhər – təmizlənmiş keçmiş sənaye torpaqlarında inşa ediləcək ən böyük yenidənqurma layihələrindən biridir. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri, Qara şəhəri Bakının gözəl bir guşəsinə çevirməyi prioritet məsələlərdən biri sayırdı.
Bakı Ağ Şəhər layihəsinin təməli 24 dekabr 2011-ci il və 2014-cü il dekabrın 24-də burada ilk biznes mərkəzi olan Ofis Binası açıldı. Bu bina Azərbaycanda beynəlxalq ekoloji standart BREEAM tərəfindən sertifikatlaşdırlmış ilk binadır.
Binanın dəyərləndirilməsi 2014-cü ilin fevral ayında başladı və artıq dekabrda Ofis Binası sertifikatlaşdı. Beləliklə, proses 10 ay sürdü. Proses artıq tikinti mərhələsində başladığına görə maksimal yüksək bala nail olmaq mümkün olmadı.
Dəyərləndirmə zamanı ən yüksək ballar “Sağlamlıq”, “Nəqliyyat üçün əlverişlilik” və “Qənaətli su sərfiyyatı” kateqoriyalarında alınmışdır.
Daha ətraflı: http://zvt.abok.ru/articles/266/Baku_White_City_Office_Building_Sertifikatsiya_po_BREEAM
Qalereya
