Regionun ən tez inkişaf edən urbanistik layihəsi Bakı Ağ Şəhər 01 oktyabr 2014-cü il tarixində yeni “Mənzilim” monitorinq xidmətini təqdim etdi. Xidmət Ağ Şəhər-də daşınmaz əmlak əldə edənlər üçün nəzərdə tutulub. “Mənzilim” monitorinq xidməti sahiblərə daşınmaz əmlakları barədə bütün məlumatları və yenilikləri onlayn rejimdə öyrənməyə imkan yaradacaq.
Beləliklə, əmlakın alınmasına dair müqavilə bağlandığı gündən etibarən 30 gün ərzində əmlak sahibinə “Mənzilim” plastik kartını təqdim edilir. Kartın üzərində alıcıya məxsus unikal istifadəçi adı və şifrə yerləşir. İstifadəçi adı alıcının adı, soyadı və atasının adının baş hərfləri və şəxsiyyət vəsiqəsinin PİN kodu əsasında qurulur və bununla da istifadəçi adının unikallığı təmin edilir.
Kartdakı məlumatların məxfiliyini təmin etmək üçün istifadəçi adı və şifrə boya ilə örtülür və monitorinq qrupunun təmsilçisi tərəfindən holoqramla bağlanmış zərfə yerləşdirilir. Daşınmaz əmlak sahibləriwww.menzilim.bakuwhitecity.com saytında daxil olub, istifadəçi adını və şifrəsini qeyd etməklə əmlakına dair bütün məlumatları öyrənə, əmlakın məhz ona məxsus olmasına əmin ola bilər. Məlumatlar yerləşdiyi səhifə vasitəsilə sahibkarlar həmçinin əmlakları barədə yeni elanlardan xəbər tuta bilərlər.
http://menzilim.bakuwhitecity.com
Video təlimat: https://www.youtube.com/watch?v=QnayfJXEyZU
Qalereya
