30 sentyabr – 13 oktyabr 2015-ci il tarixlərində Londonda xeyriyyə məqsədilə London art trail sərgisinin heykəltəraşlıq əsərləri qoyulmuş Christie’s hərracı keçirilmişdir. Hərraca qoyulmuş spiralvari heykəlləri Zaha Hadid, Ted Baker, Benjamin Shine, Tim Ashley kimi dünyaca məşhur rəssamlar və dizaynerlər bəzəmişlər.

Hərracda toplanan vəsaitlər Francis Crick adına Xərçəng Araşdırılmalar İnstitutunun tikilməsində istifadə olunacaq. İnstitut bəşəriyyət üçün böyük təhlükəyə səbəb olan xərçəng, diabet, Altshaymer, Parkinson kimi xəstəliklərin araşdırılmasını həyata keçirəcəkdir.

Bakı Ağ Şəhər layihəsi də təşkil olunmuş hərracında iştirak etmiş və burada 2 heykəltəraşlıq əsəri əldə etmişdir. Bunlar Leyla Əliyevanın “Portağal Ağacı” (“Orange Tree” by Leyla Aliyeva) və Tyerri Nuarın “İkiqat Spiral Nuar” (“Double Helix Noir” by Thierry Noir) əsərləridir. 

Qalereya