25 noyabr 2015-ci il Kiyev şəhərində keçirilən Şərqi Avropa və Asiya Daşınmaz Əmlak Forum və Layihə Mükafatının (Eastern Europe and Asia Real Estate Forum & Project Awards) təntənəli mərasimi keçirilmişdir.
EEA Forum & Awards - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Ukraynadan olan şirkətlər və təşkilatların iştirakı ilə keçirilən kommersiya tipli daşınmaz əmlak bazarında unikal hadisədir. Tədbirdə ofis, pərakəndə və logistika əmlak layihələrinə investisiya imkanları müzakirələri aparılır, təqdimatlar keçirilir və mükafatın qalibləri elan edilir. Bu il namizədlər siyahısına Ofislər kateqoriyasında daxil olan Bakı Ağ Şəhər Ofis Binası Mükəmməllik Sertifikatına layiq görüldü.
Fəaliyyətinin birinci il dönümünü qeyd edən Bakı Ağ Şəhər Ofis Binası hələ layihələndirilmə mərhələsində bir sıra beynəlxalq və yerli mükafatların qalibi olmuşdur.
Qalereya
