Bakı şəhəri  İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun № 135, 05.04.2012 tarixli sərəncamına əsasən, Bakı Ağ Şəhər layihəsi çərçivəsində  yeni bir binanın tikintisi başlanır.

 

Böyük Britaniyanın “Atkins” şirkəti tərəfindən layihələndirilmiş Bakı Ağ Şəhər Ofis Binası layıhə əsas binalarından biri  hesab olunur ki, bu da  onun Nobel prospekti tərəfindən layihə ərazisinə olan giriş qapısı rolunu oynamağı ilə bağlıdır. Bura, həmçinin, Nobel prospekti boyu canli gəzinti məkanının başlanqıcı olacaqdır.

 

Beynəlxalq səviyyəli Bakı Ağ Şəhər Ofis Binasına  ofislər, ticarət məkanları və yaşayış yerləri daxildir. Binanın ucaldılacaqı 2 ha ərazidə, həmçinin, Bakı Ağ Şəhər layihəsinin təməl daşının qoyulduqu kiçik meydan da yerləşəcək.Hündürlüyü 50  metr olan bu 10 mərtəbəli binanın ümumi sahəsi 20 min kv.m  ərazidən ibarətdir.

 

Müasir materialların istifadəsi sayəsində bina səlis bir görünüşə malik olacaq.Bakı Ağ Şəhər Ofis Binasında 9 müasir liftin qurulması və ikifasadlı səs və istilik izolyasiya sistemlərin istifadəsi nəzərdə tutulur. Bundan əlavə, Bakı Ağ Şəhər Ofis Binasında 365 avtomobil üçün yeraltı və qonaq dayanacaqlarının yaradılması, yaşıllıq işlərinin aparılması və həmçinin alternativ enerjinin alınması üçün günə 144.1 kVt həcmində günəş batareyaların quraşdırılması nəzərdə tutulur ki, bu da  layihənin ekolojı mənsubiyyətinin göstəricisidir.

 

Ağ Şəhər Ofis Binası   hələ  layihələndirmə mərhələsində beynəlxalq memarlıq aləmində geniş tanınmış  və  “Gələcəyin Ən Görkəmli Layihəsi ” nominasiyasında dəfələrlə təqdim olunmuşdur.

Bakı Ağ Şəhər layihəsi  «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı  çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar.

 

Qalereya