Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi tələbələr üçün hər il ənənəvi olaraq təşkil etdiyi beynəlxalq “Qış məktəbi” layihəsinə start verildi. Mövcud vəziyyət, pandemiya ilə əlaqədar olaraq onlayn platforma üzərindən həyata keçirələn Qış məktəbinin 100-dən çox xarici və yerli iştirakçısı bu il "Pandemiyadan sonra Memarlıq və Şəhər” mövzusu ətrafında işləyəcəklər.

Qış məktəbinin master klasları çərçivəsində iştirakçılar Bakı Ağ Şəhər layihəsinə virtual səfər etdilər. Səfər zamanı tələbələrin nəzərinə çatdırıldı ki, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamış “Qara şəhər” kimi tanınan ərazi ekoloji cəhətdən tamamilə təmizlənib, və yeni inkişaf layihəsinə uyğun olaraq burada beynəlxalq səviyyədə müasir yaşayış mərkəzi yaradılır. Qeyd edildi ki, Ağ Şəhər dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri müasir layihələrdən biridir.

Tələbələr Ağ Şəhər layihəsinin tarixini, Baş Planını və mövcud tikinti görüntülərini əks etdirən təqdimatlarla tanış oldular, daha sonra onları maraqlandıran suallara layihə mütəxəssisləri tərəfindən cavab aldılar.  

Qalereya