“Yeni Daşkənd şəhərinin İnşaat Direktorluğu”nun rəhbəri olan Özbəkistan Respublikasının İnşaat Nazirinin müavini Davronjon Adilov Ağ Şəhəri ziyarət etdi.
Bakı Ağ Şəhər layihəsi ilə tanış olduqdan sonra qonaq Özbəkistanda inşa edilən “Yeni Daşkənd” layihəsi haqqında məlumat verdi.
“Yeni Daşkənd” müasir Özbəkistanın əsas şəhərsalma layihələrindən biridir. Onun həyata keçirilməsi paytaxtın 20 min hektar ərazisində yeni rayonun salınmasını nəzərdə tutur və burada hava və suyun təmizliyinə, alternativ enerji mənbələrindən istifadəyə və çoxlu sayda bitkilərin əkilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Gallery


