BI Group-un nümayəndələri şirkətin təsisçisi Aydın Rəhimbəyev başda olmaqla Bakı Ağ Şəhəri ziyarət edərək layihə ilə tanış olublar. BI Group şirkəti Bakı Ağ Şəhərdə yaşayış layihələrinə sərmayə qoymaq niyyətindədir.

Qazaxstanın ən böyük inkişaf şirkəti olan və 30 illik təcrübəyə malik BI Group ABŞ və BƏƏ də daxil olmaqla 8 ölkədə innovativ layihələr həyata keçirir.

Bu gün o, Mərkəzi Asiya regionunda 1 nömrəli inkişaf şirkətidir və ENR Top 250 Global Contractors reytinqinə daxildir (173-cü yer).

BI Group 30 il ərzində 9 milyon kv.m-dən artıq yaşayış əmlakı və infrastrukturu, 12 innovativ məktəb inşa edib və 3000 km-dən çox yol salıb. BI Group-un binalarında 500,000-dən çox insan yaşayır. Şirkətin Rusiyada, Səudiyyə Ərəbistanında və Türkiyədə xarici nümayəndəlikləri açılıb.

BI Group 2024-cü ilin mart ayında Qazaxıstan Respublikası hökumətinin tapşırığı ilə öz hesabına Qarabağda, Füzuli şəhərində Qurmanqazı adına uşaq yaradıcılıq mərkəzini inşa edərək istismara vermişdir.

Gallery