Emaar Properties şirkətinin sahibi Məhəmməd Əlabbar Ağ Şəhərə səfər etdi. Səfər çərçivəsində qonaq Bakı Ağ Şəhər layihəsi ilə tanış oldu, layihənin üstünlükləri, uğurları və nailiyyətləri barədə ona məlumat verildi.
Görüş səmimi şəraitdə keçdi. Cənab Məhəmməd Əlabbar Dubay şəhərinin və regionun inkişafında developer kimi xidmətləri qeyd edildi. Cənab Əlabbar öz növbəsində Ağ Şəhərin yaşıl və dayanıqlı inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirdi.
Məhəmməd Əlabbar ərəb biznesinin üç ən nüfuzlu liderlərindən biridir. O, Əbu-Dabi və Dubay rəhbərlərinin iqtisadi və investisiya məsələləri üzrə (şəxsi və dövlət ) müşaviri olub. Məhəmməd Əlabbar faktiki olaraq müasir Dubayın yaradılması konsepsiyasının ideya müəllifi və icraçısıdır.
Onun 1977-ci ildə təsis etdiyi Emaar Properties şirkəti tez bir zamanda dünyanın ən böyük daşınmaz əmlak qruplarından birinə çevrilib. Dubayın ən böyük tikinti layihələri, o cümlədən dünyanın ən hündür binası Burc Xəlifə və ən böyük ticarət mərkəzlərindən biri 'Dubay Mall' məhz Emaar Properties tərəfindən reallaşdırılıb. Əlabbarın məqsədi Dubayı müasirliyin, dəbdəbənin və memarlıq mükəmməlliyinin simvoluna çevirmək idi. Emaar-ın Dubaydaki uğuruna əsaslanaraq, Əlabbar Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Mərakeş də daxil olmaqla 15-dən çox ölkədə layihələr hazırlayıb.
Məhəmməd Əlabbarın fəlsəfəsi üç sütun üzərində qurulub - ambisiya, intizam və məsuliyyət. Özünün memarlıq nailiyyətləri ilə yanaşı, o, körfəzdə ənənələri, müasirliyi və qlobal ambisiyaları birləşdirə bilən yeni nəsil sahibkarları simvolizə edir. Onun uğurları ərəb dünyasında və ondan kənarda minlərlə gənci ruhlandırır. Gənclər onda ciddilik və əzmkarlığı özündə birləşdirən cəsarətli baxışın bir şəhəri, ölkəni və hətta bütün bir regionu dəyişdirə biləcəyinin sübutunu görürlər.
Qalereya