Oktyabrın 20-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Baku White City-ni ziyarət edib. Heyətin tərkibində Şərqi Avropa və Mərkəzi Asiya üzrə ixrac və investisiyalar üzrə regional direktor Flora Blouer və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentinin Azərbaycan üzrə direktoru Aleksandr Tirrell də yer alıblar.
Səfər zamanı qonaqlara keçmiş sənaye ərazisinin ekoloji bərpası və müasir şəhər rayonuna çevrilməsi barədə məlumat verilib. Nümayəndə heyəti Baku White City layihəsinin konsepsiyası, baş planı və əsas inkişaf istiqamətləri ilə də tanış olub.
Daha sonra nümayəndə heyəti Baku White City ərazisini gəzərək burada istifadəyə verilmiş obyektlərə və ictimai məkanlara baxıb. Tarixi Qara Şəhərin müasir memarlığı, yaşıllıq zonaları və inkişaf etmiş infrastrukturu ilə seçilən abad şəhər rayonuna çevrilməsinin miqyası qonaqlarda xüsusi təəssürat yaradıb.
Qalereya