Bakı Ağ Şəhərin üstünlükləri, həmçinin layihənin investisiya imkanları geniş ictimaiyyətə ilk dəfə olaraq 7-10 iyun tarixlərində Xəzər Neft və Qaz 2011 sərgisində nümayiş olunacaq.
Şəhərsalma layihəsinin Xəzər Neft və Qaz 2011 neft sərgisində iştirakı təsadüfi deyil. Bakı Ağ Şəhər layihəsi 100 ildən artıq müddət ərzində «qara qızılın» emalı, saxlanması və daşınması üzrə fəaliyyət göstərərək, Bakının neft sənayesində mühüm rol oynamış və Qara Şəhər kimi tanınan sənaye zonasının ərazisində həyata keçiriləcək.
Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Fərmanının icrası çərçivəsində həyata keçirilir. Bu fərmanın icrası çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərdən kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması üzrə addımlar atılmışdır.
Xəzər Neft və Qaz 2011 sərgisinə gələnlər sərginin ən əsas iştirakçılarından biri - Bakı Ağ Şəhər layihəsinin 2410 nömrəli stendində onun 1:500 miqyasda hazırlanmış modeli ilə yaxından tanış olacaqlar. Bundan başqa, Bakı Ağ Şəhər haqqında daha ətraflı məlumat sərginin xüsusi kataloqu, buklet və digər təqdimat materiallarında təqdim olunacaqdır.
Layihə barədə geniş məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.
Qalereya
