Berlin Texniki Universitetin "Şəhər və Regional Planlaşdırma institutunun" VI Fakültəsinin tələbələri Bakı Ağ Şəhəri ziyarət etdilər.
Fakültənin "Memarlıq ətraf mühitin gələcək struktur layihələndirilməsi üçün xüsusi məsuliyyət daşıyır" fəlsəfəsi çərçivəsində Bakı Ağ Şəhər layihəsi dayanıqlı inkişaf nümunəsi kimi səfərin məqsədini təşkil edən tədqiqat mövzusu oldu.
Fakültənin təhsil proqramı çərçivəsində tədqiqat mövzusu Bakıya həsr olunan və qısa təsviri "Bakı - neft qüllələri arasında industrial meqapolis, sovet yaşayış məhəllələri, müsəlman inancı və Xəzər dənizi sahilində Dubay şəhərsalma üslubu” olan layihə idi.
Berlin Texniki Universitetinin tələbələrinə nisbətən yeni, lakin artıq dünya trendinə çevrilmiş dayanıqlı tikinti barədə məlumat verildi. Qeyd edildi ki, Bakı Ağ Şəhər layihəsi ətraf mühitə təsirin minimuma endirilməsinə yönəldilmişdir.
Layihə dayanıqlı bina və qurğuların yaradılması üçün innovativ layihələndirmə prinsiplərini, bərpa olunan enerji mənbələrini və ekoloji təmiz materialları özündə birləşdirir. Beləliklə, yaşıl binaları inteqrasiya etməklə, Bakı davamlı inkişafın müsbət nümunəsini göstərir.
Berlin Texniki Universiteti - Technische Universität Berlin (TU) 1879-cu ildə təsis edilmiş Dövlət Ictimai Tədqiqat institutudur. Bu günə qədər Technische Universität Berlin Almaniyanın ən böyük texniki universitetlərindən biridir. Burada ekologiya və ətraf mühitə xüsusi diqqət yetirilir - bu fənlərin öyrənilməsi istənilən ixtisas üzrə tədris planına daxil edilmişdir.
Berlin Texniki Universitetinin tarixi bir çox görkəmli insanlarla, o cümlədən burada mühazirə oxuyan Albert Eynşteynin özü ilə bağlıdır. Texniki Universitet işçilərinin fəxri siyahısında bir neçə Nobel mükafatı laureatı və qabaqcıl alimlər var.
Qalereya