Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiya (WUF13) çərçivəsində  Sea Breeze və Bakı Ağ Şəhər "Qarşılıqlı investisiyalar, dayanıqlı ekoloji inkişaf sahəsində fəaliyyət və beynəlxalq investisiyaların cəlb edilməsi haqqında" saziş imzaladılar.

Sazişi irimiqyaslı kurort şəhəri olan Sea Breeze-in təsisçisi Emin Ağalarov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzaladılar.

Ən əhəmiyyətli şəhərsalma tədbirlərindən biri kimi seçilməsinə layiq olan, Bakıda keçirilən WUF13 növbəti faydalı əməkdaşlığın təməli üçün platformaya çevrildi.

Ölkənin iki aparıcı layihəsi birgə səylərini Azərbaycan paytaxtının,  gələcəyin "ağıllı", ekoloji dayanıqlı şəhərlərinin inkişafının Şərq və Qərb modellərinin kəsişməsində yerləşən dinamik şəhər mərkəzinin dayanıqlı inkişafı prinsiplərinin daha da gücləndirilməsinə yönəldəcəklər.

Genişmiqyaslı See Breeze kurort şəhərinin və böyük ekoloji Bakı Ağ Şəhər şəhərsalma layihəsinin nailiyyətləri aparıcı mütəxəssislər tərəfindən Azərbaycanın paytaxtında keçirilən nüfuzlu qlobal forumda dayanıqlı şəhərsalma nümunələri kimi qəbul edilmişdir.

Xəzər dənizi sahilində həyata keçirilən Sea Breeze layihəsi "şəhər daxilində şəhər" konsepsiyasına əsaslanan genişmiqyaslı şəhərsalma modeli kimi həyata keçirilir. Xəzər sahili boyunca 7 kilometrlik ilkin mərhələdən başlayaraq, layihə sonda 22-23 kilometr sahil zolağını əhatə edəcək. Layihə çərçivəsində yaşayış binaları, otellər, kommersiya obyektləri və müxtəlif infrastruktur da daxil olmaqla 30 milyon kvadrat metrdən çox tikinti sahəsinin yaradılması planlaşdırılır. 2018-ci ildən sonra apart-otellər və yaşayış binaları üçün idarəetmə modeli tətbiq edilmişdir. Bu sistem investorlar üçün əhəmiyyətli rahatlıq təmin edir, belə ki, əmlakın idarə edilməsi, icarəsi və satışı peşəkar səviyyədə aparılır. Sea Breeze daxilində süni yarımadalar və genişmiqyaslı zonalar yaradılır.

Planlaşdırılan 200 hektarlıq süni adanın "Fire Island" adlanan ərazisində yaşayış, kommersiya və otel infrastrukturu yaradılacaq və kompleks şəhərin konsepsiyasının bir hissəsinə çevriləcək. Yaşıllaşdırmaya və landşaft işlərinə xüsusi diqqət yetirilir və artıq 11 milyondan çox bitki əkilmişdir. Layihənin idarə olunması üçün rəqəmsal 3D modelləşdirmə və simulyasiya sistemlərindən istifadə olunur.

“Qara Şəhər”in çox çirklənmiş sənaye ərazisinin ekoloji cəhətdən təmiz, dayanıqlı və rahat şəhər mühitinə çevrilməsi məqsədi daşıyan Bakı Ağ Şəhər layihəsinin icrasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyun 2007-ci il tarixli "2006-2010-cu illər üçün Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri haqqında" Fərmanı ilə başlanılmışdır.

Qara Şəhərin şanlı neft keçmişi ekoloji fəlakətə səbəb oldu və bu, genişmiqyaslı təmizləmə yolu ilə aradan qaldırıldı. Qara Şəhər müasir şəhərsalma və şəhər mühitinin yenilənməsi nümunəsinə çevrilərək Ağ Şəhər kimi yenidən dirçəlmək şansını qazandı.

Şəhər mühitinin ekoloji və iqlim problemlərinə uyğunlaşmasının simvolu olan Bakı Ağ Şəhər, əhalisinin sayının 280.000 nəfərə çatacağı gözlənilən 1650 hektar ərazidə layihələndirilmişdir. Layihə üzərində Azərbaycanlı mütəxəssislər məşhur Atkins mühəndislik, memarlıq və konsaltinq şirkətinin, məşhur memar Norman Fosterin bürosunun, Amerikanın F+A Architects şirkətinin və digər şirkətlərin nümayəndələri ilə birlikdə əməkdaşlıq ediblər.

Qalereya