16-18 yanvar tarixlərində  Riqada, Radison otelində Azərbaycan-Latviya biznes-forumu çərçivəsində  Bakı Ağ Şəhər layihəsinin təqdimatı  keçirilib.

Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin inkişafı məsələlərinin müzakirə olunduğu biznes-forum Azərbaycanın Prezidenti  cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində təşkil olunmuşdu.  

Latviyanın və Azərbaycanın iş adamlarına məlumat verildi ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı  ilə , «Atkins», “Foster + Rartners” (Böyük Britaniya), və «F+A Architects» (ABŞ) kimi dünyada şöhrətli şirkətlərin iştirakı ilə  hazırlanmış  Baku White City layihəsi  paytaxtımızın müasir mərkəzi anlayışını dəyişdirərək onun daha da genişlənməsinə və Bakı bulvarının əhəmiyyətli dərəcədə uzanmasına kömək edəcəkdir. Tədbirdə Bakı Ağ Şəhər layihəsi çərçivəsində  potensial investorlar üçün xüsusi imtiyazların nəzərdə tutulduqu və, bu səbəbdən, onun  investisiyalar  üçün tam əlverişli olduğu xüsusilə vurğulanmışdır.

Layihə barədə animasiya filminin  nümayiş olunduqu  təqdimat  bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

“2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında Azərbaycanın Prezidenti  cənab İlham Əliyevin  fərmanın icrası çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər şəhərsalma layihəsi paytaxtın yeni, müasir mərkəzinin yaradılmasına, həmçinin yeni tipli şəhər infrastrukturunun inkişafına kömək edəcəkdir.

Qalereya