Bakı Ağ Şəhər layihəsi Londonda, Vestminster sarayının Lordlar Palatasında keçirilən Qlobal Davamlılıq Sammitində mükafatlandırılıb.

Bakı Ağ Şəhər 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) zamanı ekoloji baxımsız qalan ərazilərin dirçəldilməsinə nümunə kimi təqdim edilib.

Bakı Ağ Şəhər layihəsi Lordlar Palatasında (Vestminster Sarayı, London) keçirilmiş (GSSA) 2025 4-cü Beynəlxalq Dayanıqlıq Sammitində “İqlimə dayanıqlı şəhərsalma – dayanıqlı şəhərlərin inkişafı və iqtisadi artım strategiyalarına inteqrasiyası” kateqoriyasında “Şəhərin Dayanıqlı İnkişafında Görkəmli Nailiyyətlərə görə” (Excellence in Sustainable City Development) mükafatına layiq görülüb. Bu mötəbər beynəlxalq görüş daha yaşıl və dayanıqlı gələcək yaratmağa səylər göstərən dünya liderlərini, siyasətçilərini, sahə rəhbərlərini və davamlı inkişaf qabaqcıllarını bir araya gətirdi.

Bakı Ağ Şəhərin dayanıqlı inkişaf tərəfdaşı olan ARUP şirkətinin (Böyük Britaniya) direktoru cənab Stiven Kuk sammitdə layihəni təqdim edərək Azərbaycanın innovativ layihələri və strateji yaşıl təşəbbüsləri barədə danışıb, Bakı Ağ Şəhər layihəsinin “Xoşbəxt şəhər” tələblərinə cavab verməsi məqsədilə daha əvvəl aparılmış qiymətləndirilməsinin nəticələrini bölüşüb. Cənab Kuk qeyd edib ki, Bakı Ağ Şəhər layihəsi ərazisində ilk dəfə olaraq yaşıl binalar layihələndirilmiş və inşa edilmişdir, CRREM (Daşınmaz Əmlakın Karbon Riski Monitorinqi) qiymətləndirilməsi aparılmışdır , beynəlxalq məsləhətçilər ilə BREEAM və LEED üzrə əməkdaşlıq aparılır və enerji dayanıqlığının yaşıl şəhər inkişafına inteqrasiyası işləri davam etidiilir.

“Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində həyata keçirilir.

Qalereya