Azərbaycanın Milli Pavilyonu ilk dəfə olaraq Venesiya memarlıq biennalesində "Tarazlıq. Azərbaycan naxışları" ("Equilibrium. Patterns of Azerbaijan") proqramı ilə iştirak edir. Sərginin kuratoru Nigar Qardaşxanovadır. Sərgi builki biennaledə əsas olan  “İntellekt. Təbii. Süni. Kollektiv"ə mövzusuna uyğundur. İqlim böhranının innovativ dizayn həllərinə diqqət yetirərək, milli pavilyon "Yenidənqurma. İnnovasiya. Qorunma" prinsiplərini vurğulayır.

Sərgidə Rəşad Aslanovun sifarişi ilə hazırlanmış layihələr, həmçinin ADEC Azərbaycan İnkişaf Şirkəti və Simmetrico Architettura şirkətlərinin və Ədalət Məmmədovun işləri təqdim olunur. 

Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən sərgi 2025-ci il mayın 10-dan noyabrın 23-dək Arsenalın yaxınlığında yerləşən Castello 2127/A ünvanında keçiriləcəkdir. 

Sərginin kuratoru mədəni irsin qorunması ilə yanaşı innovasiya yolu ilə yeni "yaşıl" həyat tərzinin dirçəldilməsinin vacibliyini vurğulayır. Hər bir təqdim olunmuş iş insanlar arasındakı həmrəylik və etimadın  intellektin hər hansı bir formasının uğurunun ən mühüm tərkib hissəsi olduğunu vurğulayır. Bu yanaşma harmonik gələcəyə dəstək vermək üçün hər bir mövzu üzrə layihələrin seçilməsində və pavilyonun ənənəvi dəyərlərlə müasir, davamlı təcrübələr arasında tarazlıq axtarışına fokuslanmasında əksini tapır. Pavilyonda həmçinin Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani irsinə həsr olunmuş xüsusi bir zona da nəzərdə tutulub.

“Yenidənqurma” mövzusu çərçivəsində ADEC şirkəti “Bakı Ağ Şəhər” layihəsini  - şəhərin yenidən qurulması təşəbbüsünü təqdim edir. Layihənin məqsədi bir zamanlar Azərbaycanın neft sənayesinin mərkəzi olan, sənaye və ekoloji cəhətdən baxımsız qalmış “Qara şəhər”in müasir, dayanıqlı bir bölgəyə çevrilməsinə yönəlib. Bununla yanaşı, ADEC şirkəti sənaye keçmişindən davamlı gələcəyə keçidi təcəssüm etdirən simvolik qurğunu - Baku White City körpüsünü nümayiş etdirir və bununla da belə bir tərəqqi üçün lazım olan kollektiv səyləri vurğulayır.

“Simmetriko Arxitettura” şirkəti Bakıda Qələbə Parkı layihəsini təqdim etməklə “Yaratmaq" mövzusuna öz töhfəsini verir. Bu monumental layihə müasir memarlığı mədəni irslə birləşdirərək, Azərbaycan xalqının milli qürurunu və birliyini rəmzləşdirir. Bu layihə vasitəsilə “Simmetrico Architettura” innovativ dizaynın tarixə necə hörmətlə yanaşa biləcəyini və çətinliklər qarşısında olan kollektiv gücü möhkəmləndirən davamlı, mühüm məkanlar yarada biləcəyini nümayiş etdirməyi hədəfləyir. 

Ədalət Məmmədovun “Qorunma” mövzusuna verdiyi töhfə onun ənənəvi Qarabağ memarlıq elementlərini müasir dizaynla birləşdirən Zəngilan məscidinin bərpası layihəsinə həsr olunub. Dini irsi qoruyan və yerli icmanın mətanət və qətiyyətini təcəssüm etdirən bu məscid keçmişlə bu günün ahəngdar birləşməsinin simvoludur. Bu layihə ilə Adalet Məmmədov memarlığın mədəni abidələrin bərpası, insanlar arasında əlaqələrin möhkəmləndirilməsi və ətraf mühitlə harmoniyanın qorunması potensialını nümayiş etdirir.

2025-ci il Venesiya Memarlıq Biennalesində ümumilikdə 65 milli pavilyon iştirak edəcək. Onların arasında dörd ölkə - Azərbaycan, Oman, Qətər və Toqo ilk dəfə iştirak edəcək. Tədbirin gözlənilən digər pavilyonları arasında ziyarətçiləri fiziki və psixoloji cəhətdən gələcək şəhər iqlimi ilə tanış edəcək Almaniya pavilyonu, Amazoniyada əcdadların infrastrukturunun son arxeoloji kəşfini əks etdirən Braziliyanın (RE)INVENTION ekspozisiyası və görüşlər, müzakirələr və demokratik mübadilələr üçün məkanın formalaşmasında memarlığın rolunu araşdıran İrlandiyanın Assambleyası vardır.  
 

Qalereya