Keçən həftəsonu Ağ Şəhərdə “City Park” ticarət və əyləncə mərkəzinin təntənəli açılışı oldu. Ticarət mərkəzi Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində əlverişli yerdə yerləşir.


Ticarət mərkəzinin təntənəli açılışı çərçivəsində gün ərzində şou-biznes ulduzlarının iştirakı ilə konsert proqramı olub. 


“City Park” alış-veriş və əyləncə üçün əlverişli məkandır. Ticarət mərkəzində müxtəlif mal və xidmətlər təklif edən çoxlu sayda brend mağazalar var, həmçinin oyun sahəsi olan əyləncə mərkəzi, boulinq meydançası, restoranlar xüsusi olaraq ailə istirahəti üçün nəzərdə tutulub. 


Paytaxtın bir çox sakinləri tərəfindən sevilən “Bravo” supermarketlər şəbəkəsi yeni ticarət mərkəzində fəaliyyətə başlayıb və açılış qünü qonaqlarını xoş aksiyalarla sevindirib. Uğurla inkişaf edən “Bravo” supermarketlər şəbəkəsi müştərilərə sadiq qiymət siyasəti və geniş çeşiddə yüksək keyfiyyətli məhsullar, həmçinin özünün hazır kulinariya və çörəkbişirmə istehsalını təklif edir. 


Açılış günü “Music Gallery” mağazası ziyarətçiləri müxtəlif hədiyyələr təqdim edərək maraqlı müsabiqə proqramı ilə qarşıladı. Bu maraqlı  müsabiqədə çoxsaylı qonaqlar iştirak ediblər. Hər bir iştirakçının xüsusi bir uduş imkanı var idi. 


3-cü mərtəbədə hər iki tərəfdə açıq terrası olan kafelər və restoranlar yerləşir. Geniş terras sayəsində rahat atmosferdə Bakıya fərqli bucaqdan panoramalı mənzərədən zövq almaq və gözəl fotoşəkillər çəkmək üçün əla fürsət yaradılıb.


Ticarət mərkəzinin ziyarətçilərinə xoş vaxt keçirmək üçün 3-cü mərtəbəsində yerləşən “City play” çoxsaylı əyləncə proqramları və interaktiv meydançalar təklif edir. 


Həmçinin, qonaqların rahatlığı üçün “City Park”  ticarət mərkəzinin xoş bir  xüsusiyyəti həm kişilər, həm də qadınların namaz qılmaqları üçün xüsusi otaqların olmasıdır. 


Müasir tikinti texnologiyaları və ticarət sahələrinin peşəkar bölgüsü ticarət mərkəzini komfortlu və rahat edir. 


“City Park” dostlarınız və sevdiklərinizlə hər zaman xoş vaxt keçirəcəyiniz rahat məkana çevriləcəkdir.
 

Qalereya