Azərbaycanda səfərdə olan Kosugi Zohen Co yapon şirkətinin nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir.
Kosugi Zohen Co şirkəti Kosugi ailəsi tərəfindən Yaponiyanın Tokio şəhərində təsis edilmişdir. Ailə 300 ildən artıq müddətdə landşaft dizaynı və landşaft qurma işi ilə məşğuldur. Kosugi Zohen şirkətinin gördüyü işlər sırasına İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Parkı da daxildir.
Şirkətin prezidenti Saki Kosugi Bakı Ağ Şəhər-də iş gedişatı, ekoloji təmizlik, landşaft dizaynı və digər məqamlarla maraqlandı. Nümayəndə heyəti layihənin tikinti altında olan müxtəlif binaları ilə tanış oldular.
Qonaqlar Bakı Ağ Şəhər layihəsi ilə birgə gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər. Cənab Kosugiyə Azərbaycan haqda kitab, eləcə də digər xatirə hədiyyələri təqdim edildi.
Qalereya



