Paytaxtda MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhəri əlaqələndirən yeni 10 nömrəli marşrut xətti istifadəyə verilib. Yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq qəbul edilib.
Xətt üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək.
Yeni marşrut xəttinin təşkili sakinlərin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əsas üstünlüklərdən biri bu xətt üzrə avtobuslar metronun “Xətai”, Səməd Vurğun bağı (“28 May” m\s), “Sahil”, “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarından da keçməklə hərəkət etməsidir.
Qalereya

