Bakıya səfəri çərçivəsində Kiyev şəhərinin meri Vitali Kliçko Bakı Ağ Şəhər layihəsini ziyarət etdi.

Cənab Kliçko Bakı Ağ Şəhər haqda, layihəsinin miqyası və görülmüş işlər barədə məlumat aldı. Kiyev meri həmçinin Bakı Ağ Şəhər-in istifadəyə verilmiş Yaşıl Ada kvartalını da gəzdi. O, layihələndirmə prinsipləri və Azərbaycan hökuməti tərəfindən sərmayeçilər üçün yaradılmış şərait barədə maraqlandı.

Ekoloji layihə və görülmüş işlərin miqyası haqda qeyd edərək, Vitali Kliçko şəhərsalma layihəsinin təcrübəsini Ukraynanın paytaxtında da tətbiq edilməsi arzusunu bildirdi.

Kiyev meri həmçinin Boks Federasiyasını da ziyarət etdi.

Qalereya