Qətərin Azərbaycandakı səfiri şeyx Mübarək bin Fahad Casim Əl-Tani səfirliyin İctimaiyyət və KİV-lə Əlaqələr şöbəsinin rəhbəri cənab Əşrəf Əyyub ilə birlikdə investisiya imkanları ilə tanış olmaq məqsədilə Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir.
Qonaqlara Baki Ağ Şəhər-in yaranma tarixi, hazırda aparılan işlər və yaxın gələcək üçün planlar haqqında danışılaraq bildirildi ki, keçmiş sənaye zonasının yerində Bakı Ağ Şəhər-in yaradılmasının məqsədi təkcə şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması və müasir yol-nəqliyyat və kommunal infrastrukturunun qurulması deyil, habelə paytaxt sakinlərinin yaşayış şəraitnin yaxşılaşdırılması imkanlarının genişləndirilməsidir.
İnvestorlar üçün dövlət tərəfindən yaradılmış şəraitlə tanış olan cənab Səfir əmin olduğunu bildirdi ki, əlverişli investisiya mühiti Qətər investorlarının diqqətini cəlb edəcəkdir.
Qalereya
