13 iyul 2015-ci il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda ölkə inkişafının bir çox mühüm məsələləri müzakirə edilib.

Bakının və bölgələrin elektriklə təminatı mövzusuna toxunaraq, Prezident İlham Əliyev Bakı şəhərinin böyüməsini və burada "Ağ Şəhər" kimi şəhər içində şəhərin yaradılmasını qeyd etmişdir. Bu məqsədlə yeni yarımstansiyaların inşa edilməsi, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunmuşdur.

Həmçinin Prezident yeni Ağ Şəhər bulvarının əhali üçün istifadəyə verilməsini də öz çıxışında qeyd etmişdir: "...Bu il Bakıda Ağ Şəhər bulvarı istifadəyə verilib. O da ekoloji fəlakət zonasında yaradılan bulvardır... Hesab edirəm ki, Ağ Şəhər bulvarına yaxın yerləşən neftayırma zavodu tədricən oradan köçürülməlidir. Bu, həm ekoloji cəhətdən lazımdır, həm də işin daha da səmərəli şəkildə qurulması bunu tələb edir."

http://president.az/articles/15823

 

Qalereya