09 aprel 2016-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı yekun nitqində bir çox mühüm məsələlərə toxunaraq Bakı Ağ Şəhər layihəsinin həyata keçirilməsi barədə də qeyd etmişdir.
"Bayraq Meydanından ta Bibiheybət buxtasınadək yaşıllıq zonaları, bulvar salınıbdır. Bu da əlbəttə ki, şəhərimizi çirkləndirirdi - Balaxanı bu tərəfdən, Qaraşəhər başqa tərəfdən. Orada da böyük təmizləmə işləri aparılmışdır, torpaq qatları götürülmüşdür. Orada vaxtilə neftayırma zavodunun bütün tullantıları yığışırdı. İndi biz Qaraşəhəri Ağ Şəhərə çeviririk. Yəni, bunlar doğrudan da nəhəng layihələrdir. İndi biz Bakıda möcüzələr yaradırıq ki, şəhərimiz gözəlləşsin, ekoloji vəziyyət yaxşılaşsın, insanlar sağlam olsunlar." - deyərək, Prezident İlham Əliyev qeyd edib.
Qalereya


