Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı dispetçer idarəetmə mərkəzindən “Ağ şəhər-1” yarımstansiyanı işə saldı.

Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış oldu.

http://president.az/articles/14282

Qalereya