2013-cü il fevralın 14-də başda Küveytin Baş Nazirinin müavini, Xarici İşlər Naziri Sabah Xaled Al-Ahmad Al Sabah olmaqla Azərbaycanda səfərdə olan Küveyt nümayəndə heyyəti Bakı Ağ Şəhər layihəsinə baxmışdır. Qonaqlara Bakı Ağ Şəhər layihəsi çərçivəsində Küveyt investorlarının birinci layihəsi olan Kuweit Tower layihəsi təqdim edilmişdir
100% Küveyt kapitalına malik AVEY MMC şirkəti şəhərin ən qədim parklarından biri və hazırda Bakı Ağ Şəhər layihəsinin bir hissəsi olan Nizami parkı ərazisində yaşayış kompleksinin investoru olmuşdur.
Bina Bakı Ağ şəhər-in Bulvar küçəsi boyunca, yeni Bulvar xəttinə kimi dənizə enən 0,61 ha ərazidə yerləşir.Kuweit Tower 14 800 kv.metr faydalı sahəsi və Baş Planın tələblərinə görə 140 yerlik yerüstü və yeraltı avtodayanacağı olan 20 mərtəbəli binadır. Binada 93 mənzilin olması və 3 lifitn quraşdırılması planlaşdırılır.Bina elə yerdədir ki, şəhərin ən iri parklarından biri olan və 10 ha əraziyə malik Nizami parkına mənzərə açılacaqdır. Fontanlar Meydanına çıxışı olan yeni metro stansiyası bu rayonun sakinləri üçün əlavə rahatlıq yaradacaqdır.
Qonaqlara həmçinin görülmüş və görüləcək işlər, infrastrukturun sonrakı inkişafı, o cümlədən yol inkişaf şəbəkəsi, mühəndis-kommunal sistemləri, telekommunikasiya şəbəkəsi haqqında məlumat verildi. Qonaqlar Azərbaycan Hökuməti və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əlverişli investisiya mühiti məqsədilə yaradılmış şəraitlə də tanış oldular. İnvestisiyaların həcmindən asılı olmayaraq, layihə “bir pəncərə” prinsipi ilə işləyərək, obyektin tikintisinin əvvəlindən sonuna kimi Bakı Ağ Şəhər layihəsinin investor və inşaatçılarına hüquqi və təşkilatı kömək göstərilməsini nəzərdə tutur.
Bundan başqa, qeyd edildi ki, layihənin ayrı-ayrı binaları Avropa və Asiyanın beynəlxalq sərgilərində mükafatlara namizəd göstərilmişdir. Layihənin özü isə MIPIM Asia Awards 2011 müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada Gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olmuş, habelə Cityscape Global 2011 sərgisində “Ən Yaxşı Şəhərsalma Layihəsi” nominasiyasında mükafat almışdır.
Baki Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Qalereya



