Sentyabrın 17-də İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Campaolo Kutillo və səfirliyin əməkdaşı cənab Luici Dampea Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişlər.

Qonaqlara layihə üzrə görülmüş və görüləcək işlər barədə məlumat verildi. Bakı Ağ Şəhər, ekoloji baxımdan keçmiş sənaye zonası ərazisində həyata keçirilən ən böyük şəhərsalma layihələrindən biridir. Burada yaşayış və inzibati binalar, müxtəlif ticarət mərkəzləri və istirahət parkları inşa ediləcəkdir. Bakı Ağ Şəhər-də ən müasir standartlara cavab verən sosial infrastruktur yaradılacaqdır.

Qonaqlar investisiya imkanları ilə tanış oldular və italyan şirkətlərinin yerli investorlarla sonrakı əməkdaşlıq sahələrinə dair müzakirələr apardılar.

Diplomat Azərbaycanda gedən dinamik inkişaf proseslərindən təsirləndiyini bildirdi.

Qalereya