Bakıya səfərə gələn Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət etdi.
İlk növbədə heyət Ağ Şəhər ərazisində ötən il açılmış Bakı Fransız liseyinə baş çəkdi. Cənab Çukerman liseyin yüksək səviyyədə fəaliyyət göstərməsini qeyd etdi. Daha sonra yeni Bakı Ağ Şəhər Ofis Binasına gələn qonaqlar layihənin maketi ilə tanış oldular. Onlara layihə üzrə görülən və görüləcək işlər barədə məlumat verildi, Bakı Ağ Şəhər-in dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaqdır.
Qonaqların diqqətinə digər nəqliyyat, landşaft və parkinq strategiyası məsələləri də təqdim olunmuşdur.
Qalereya





