Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin və Fransa səfiri Aureliya Buşezin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət edib.
İlk növbədə heyət Ağ Şəhər ərazisində ötən il açılmış Bakı Fransız liseyinə baş çəkdi. Daha sonra yeni Bakı Ağ Şəhər Ofis Binasına gələn qonaqlar layihə ilə yaxından tanış oldular. Onlara layihə üzrə görülən və görüləcək işlər barədə məlumat verildi, Bakı Ağ Şəhər-in dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, 100 ildən çox müddətdə neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılır. Ağ Şəhər-də yenicə istifadəyə verilmiş Paris Evləri qonaqların xüsusilə diqqətini çəkdi.
Cənab Plase Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə etdi və bu cür görüşlərin əlaqələrimizin inkişafı baxımından faydalı olmasını vurğuladı.
Qalereya


