Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın Fransadakı yeni səfiri Rəhman Mustafayev Bakı Ağ Şəhər layihəsilə tanış olublar.
Qonaqlara Ağ Şəhər layihəsi barədə ətraflı məlumat verilmişdir. Beynəlxalq arenada tanınmış irimiqyaslı Ağ Şəhər layihəsi yerli və xarici sərmayəçilərə də əlverişli şərait yaratmışdır.
Burada salınmış Paris evləri layihə ilə tanış olan qonaqların diqqətini xüsusilə çəkdi. Nümayəndə heyəti Ağ Şəhərin ərazisindəki Bakı Fransız liseyinin fəaliyyəti ilə də tanış oldub.
Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə yeni təyin edilmiş Pyer Alen Rafa Ağ Şəhərdən böyük zövq aldığını bildirdi.
Qalereya


