“Eye on Azerbaijan” ( “Azərbaycana nəzər”) adanan CNN-nin Azərbaycan haqqında hazırladıqı beşgünlük proqram seriyasının buraxılışlarından biri  Bakı Ağ Şəhər layihəsinə həsr olunacaqdır.  15 noyabrda Bakı vaxtı ilə  saat 20-00 efirə çıxacaq süjetdə  Azərbaycana investisiyaların cəlb olunmasında,  Qara Şəhərinin yeni, müasir paytaxt mərkəzinə çevrilməsində, burada əlverişli sosial-iqtisadi şəraitin formalaşdırılması ekoloji vəziyyətin yaxşılaşdırılmasında layihənin xüsusi rolu və onun digər xüsusiyyətləri  haqda bəhs olunacaqdır.

«Eye on Azerbaijan» proqramı  14-18 noyabr tarixlərində Bakı vaxtı ilə  saat 20-00 hər gün efirə çıxacaq. Həftə ərzində müasir Azərbaycanın beynəlxalq arenada imicini formalaşdıran iqtisadiyat, mədəniyyət, incəsənət və idman sahələrinin əsas aspektləri işıqlandırılacaqdır. CNN Azərbaycanda Avroviziya 2012 müsabiqəsinın hazırlığ ışlərinə da xüsusi diqqət ayıracaqlar.

Proqram Bakıdan birbaşa bağlantılarla, CNN telekanalında işlədiyi otuz il ərzində Berlin Divarının uçurulması, Beyrutun blokadası, İraq müharibəsi və s. bu kimi əlamətdar hadisələri öz reportajlarında işıqlandırmış tanınmış telejurnalist  Cim Klensinin təqdimatı ilə canlı efir rejimində yayımlanacaqdır.

Dünyanın 200-dən cox ölkəsində yayımlanan CNN telekanalının əməkdaşları Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycana gəliblər.

Bakı Ağ Şəhər layihəsi  «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı  çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar

Qalereya