Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka səfirlik nümayəndələri ilə birlikdə investisiya imkanları ilə tanış olmaq məqsədilə Bakı Ağ Şəhər layihəsinin ofisini ziyarət etmişdir.
Qonaqlara Bakı Ağ Şəhər-in yaranma tarixi, hazırda aparılan işlər və yaxın gələcək üçün planlar haqqında danışılaraq bildirildi ki, keçmiş sənaye zonasının yerində Bakı Ağ Şəhər-in yaradılmasının məqsədi təkcə şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması və müasir yol-nəqliyyat və kommunal infrastrukturunun qurulması deyil, habelə paytaxt sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması imkanlarının genişləndirilməsidir.
Cənab Pivonka layihə ərazisində sosial və nəqliyyat infrastrukturu ilə maraqlandı. İnvestorlar üçün dövlət tərəfindən yaradılmış şəraitlə tanış olan cənab Səfir bu sahədə Azərbaycan Respublikasının apardığı siyasətə yüksək dəyərləndirdi.
Qalereya

