Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri başçılıq etdiyi Dubay Ticarət Palatasından nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsini ziyarət etdi.

Palata nümayəndələri layihədə görülən işlər, tikinti gedişatı, eləcə də gələcək planlar haqqında maraqlandılar. Qonaqlar layihənin ərazisinin ekoloji durumu və dövlətin bu durumu yaxşılaşdırmaq üçün həyata keçirdiyi işlər haqqında məlumat aldılar. Qeyd edilmişdir ki, Bakı Ağ Şəhər dünyanın ən iri layihələrdən biridir və müasir standartlara cavab verəcək sosial infrastrukturlu yaşayış komplekslərinin və ictimai obyektlərin tikintisini təmin edəcəkdir.

Görüşdə sərmayələr, gələcək əməkdaşlıq, eləcə də ticarət obyektlərinin açılışı perspektivləri müzakirə edilib.

Qalereya