Bu nominasiyada Bakı Ağ Şəhər layihəsi ilə bərabər «Şimali Qafqazın Kurortları» ASC turizm klasterinin layihəsi ( www.ncrc.ru ), həmçinin, Kohn Pedersen Fox Associates (www.kpf.com) şirkəti tərəfindən təqdiml edilən Abu Dhabi International Airport Midfield Complex layihəsi seçiliblər.
MIPIM Asia Awards 2011 – Sakit okean regionunda daşınmaz əmlak və investisiyaların ən iri sərgisinin münsiflər heyyətinin tərkibinə Sinqapurun, Honkonqun, Fransanın, Rusiyanın və digər ölkələrin daşınmaz əmlak sahəsində aparıcı ekspertləri daxildir.
MIPIM Asia Awards 2011 müsabiqəsinin finalında ümumilikdə 80 ölkədən 29 layihə iştirak edib. Onlara misal olaraq Çini, Hindistanı, Sinqapuru, Avstraliyanı, Honkonqu, İndoneziyanı, Yaponiyanı, Malayziyanı, Cənubi Koreyanı, Tayvanı, Tailandı, BƏƏ-ni və Azərbaycanı göstərmək olar. Layihələr «Ən yaxşı biznes mərkəzi», «Ən yaxşı «yaşıl» bina», «Ən yaxşı otel və kurort zonası», «Ən yaxşı qarışıq tipli bina», «Ən yaxşı yaşayış binası» kimi nominasiyalarda və «Ən yaxşı Çinin gələcək layihəsi», «Ən yaxşı ticarət mərkəzi» və «Şəhər tikililərinin yeniləşdirilməsi üzrə ən yaxşı layihə» kimi digər nominasiyalarda da təqdim olunublar.
Qaliblərin adı münsiflər heyyətinin qapalı səsverməsinin, həmçinin sərgi iştirakçılarının onlayn rejimdə virtual qiymətlərinin nəticələrinə əsasən 2011-ci ilin noyabrın 16-da məlum olacaq.
Xarici investisiyaları Sakit okean regionunda tikintiyə cəlb etmək, həmçinin regional investorlar üçün effektiv əlaqələri təşkil etmək məqsədini daşıyan MIPIM Asia beynəlxalq daşınmaz əmlak sərgisi 2006-cı ildən bəri hər il Honkonqda keçirilir.
Bakı Ağ Şəhər layihəsi «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar.
Qalereya
