Bu il müsabiqədə Sidneyin, Vankuverin, Nyu-Yorkun, Rio-de-Janeyronun, Pekinin, Kosovonun, Heydelberqin, Nikosiyanın, Qratsın, Meksikanın və bir çox başqa şəhərlərin meydanları, körpüləri, mənzərə konstruksiyaları, hava limanları və baş-planları kimi müxtəlif memarlıq layihələri təqdim olunmuşdur. Müsabiqədə, ümumilikdə 77 memarlıq layihəsi olmaqla, 38-i başa çatdırılmış, 39-u isə başa çatdırılmamış hesab olunan layihələr iştirak etmişdir. Müsabiqənin münsiflər heyətinin tərkibinə memarlıq sahəsində dünyada tanınmış olan ən yaxşı ixtisaslı mütəxəssislər daxil olmuşdur.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında fərmanın icrası çərçivəsində həyata keçirilən  Bakı Ağ Şəhər Layihəsi  “Şəhər dizaynı” nominasiyasında dünyanın aparıcı layihələri ilə yanaşı təqdim olunmuşdur. Bu nominasiya şəhər planlaşdırılması və abadlaşdırılması layihələrini əhatə edir ki, bu da müasir şəhərlərin inkişafı, əhalinin sıxlığının artırılması, infrastruktur və nəqliyyat strategiyasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən aktual mövzu hesab olunur.

Əvvəlki müsabiqələrdən fərqli olaraq, münsiflər heyəti bu il birinciliyi iki iştirakçı-şirkət – Avstraliyanın Sidney şəhərindən “Paddington Reservoir Gardens” (başa çatmış layihələr kateqoriyası) və ABŞ-ın Çikaqo şəhərindən “Chicago Central Area De Carbonization Plan” (başa çatmamış layihələr kateqoriyası) şirkətləri arasında bölüşdürmüşdür.

Qalereya