8-11 mart tarixlərində Fransanın Kann şəhərində  MIPIM-2011 – Beynəlxalq daşınmaz əmlak sərgisi keçirilmişdir. Azərbaycan, dünya bazarının ən nüfuzlu sərgi salonunda, MIPIM Awards-2011 mükafatına namizəd olan Bakı Ağ Şəhər layihəsi ilə  təmsil olunmuşdur.  Sərgi iştirakçıları Bakı Ağ Şəhər-in üstünlükləri ilə müstəqil stenddə tanış olmaq imkanı əldə etmişdirlər. Stendin ekspozisiyası layihənin gələcək  rayonlarının 1:500 miqyasında hazırlanmış fiziki modelindən ibarət idi. Bundan başqa, Bakı Ağ Şəhər  haqqında ətraflı məlumat  sərginin xüsusi kataloqunda, bukletlərində və elektron daşıyıcılarında  təqdim olunmuşdu. Azərbaycan layihəsinə həsr olunmuş məqalə MIPIM Preview sərgi jurnalının növbəti nömrəsində də dərc edilmişdir.

Reed MIDEM  təşkilatçılarının məlumatına görə,  sərgidə 81 ölkəni təmsil edən  1700-dən artıq layihə təqdim olunmuşdur. Burada Brüssel, Helsinki, Frankfurt, Münhen,Keyp-Taun, Barselona,  və s. kimi şəhərlər də eksponentlər sırasında idi. MDB-ni bu sərgidə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarus təmsil edirdi.  MIPIM-2011 1000- dən artıq investisiya şirkətini təmsil edən 4000-nə yaxın aktiv investorları cəlb etmişdir.Burada, həmçinin, iqtisadiyyat sahəsində tanınmış ekspertlərin  iştirakı ilə müxtəlif konfranslar, forumlar və dəyirmi masalar keçirilmişdir.Göstərilən tədbirlərdə məruzəçilər inkişaf edən daşınmaz əmlak bazarına investisiya qoyuluşu,  maliyyə risklərinin tənzimlənməsi, urbanizasiyanın və şəhərsalmanın müasir meyilləri  və digər aktual mövzular haqqında maksimum dolğun məlumat  çatdırmişdirlar.

MIPIM-2011 ümumilikdə 30000 yaxın mütəxəssis – investorlar, aparıcı developer və konsaltinq şirkətlərinin nümayəndələri, memar və ərazilərin inkişaf konsepsiyasının müəllifləri qatılmışdır. Tədbir , həmçinin, sərgidə iştirak edən  200-dən  artıq xarici  KİV nümayəndələri  tərəfindən beynəlxalq mətbuatda geniş işıqlandırılmışdır.

Bakı Ağ Şəhər  şəhərsalma layihəsi  «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı  çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar.

 

Qalereya