Əvvəllər məlumat verildiyi kimi, Nəqliyyat Nazrlyinin “Azəryolservis” dövlət şirkəti tərəfindən Xaqani Rüstəmov küçəsi boyunca yolun yenidən qurulması həyata keçirilir. Yenidənqurma layihəsinə əsasən burada iki yeni yeraltı piyada keçidi olacaqdır. Hazırda, “SaNUR” şirkəti X.Rüstəmov küçəsinin Nobel prospekti və S.Vəzirov küçəsi ilə kəsişdiyi yerlərdə yeni keçidlərin tikintisi işlərinə artıq başlamışdır. Hər yeraltı piyada keçidinin 4 çıxışı olacaqdır.

Bakı Ağ Şəhər layihəsinin sahil rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi üçün AzVirt şirkəti layihə ərazisindən keçməklə yeni Bulvar xətti boyunca Dəniz Vağzalından X.Rüstəmov küçəsinin kəsişməsinə qədər sahədə Neftçilər prospektinin davamının tikintisini aparır. Bununla yanaşı, piyadaların rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə, burada üç əlavə yeraltı keçidin inşa edilməsi planlaşdırılır: Paşa İnşaat tərəfindən inşa edilən yeni otelin yanında - Neftçilər prospektinin X.Rüstəmov küçəsi ilə kəsişdiyi yerdə, Yeni Həyat kompleksinin yanında, həmçinin Port Baku kompleksi ilə üzbəüz, yeni parkın yaxınlığında.

Nobel prospektində müxtəlif istiqamətlərdə, o cümlədən yeni Fontanlar Meydanına və Ticarət- Əyləncə mərkəzinə eyni zamanda Nobel prospektində yeraltı piyada keçidi kimi fəaliyyət göstərəcək 5 çıxışı olan yeni metro stansiyasının tikintisinə başlanılmışdır. Bu, sıx hərəkətli Nobel prospektini təhlükəsiz keçməyi təmin edəcəkdir. Yaşıl xəttdə Xətai metro stansiyasından sonra inşa ediləcək metro stansiyası bu rayonda yaşayan və işləyənlər üçün əlavə rahatlıq yaradacaqdır.

Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Qalereya