Bakı Şəhər İcra Hakimiyyətinin 06.07.2012-ci il tarixli, 285 saylı sərəncamına əsasən 0.85 ha ərazidə ümumi sahəsi 17950 kv.m olan 7 mərtəbəli, 9 girişli yaşayış binasının tikintisinə başlanılmışdır.

Xüsusi olaraq Bakı Ağ Şəhər layihəsi üçün işlənib hazırlamış fransız üslubunda tikiləcək bu binanın 4800 kv.m sahəsi olan böyük rahat həyəti, uşaq meydançası və 135 yerlik yeraltı avtodayanacağı vardır. Fasad və dam örtüyü üçün materialın seçilməsi baş plana uyğun olaraq texniki şərtlərlə nizamlanır.

Az mərtəbəli olmasına baxmayaraq, Bakı Ağ Şəhər layihəsinin bütün fransız tipli yaşayış komplekslərində yeraltı avtodayanacağa enən liftlər, su anbarları, telekommunikasiya xətləri üçün şaxtalar, fasadın ilkin formasının qorunması məqsədilə kondisionerlər üçün xüsusi yerlər nəzərdə tutlmuşdur.

Bu, Bakı Ağ Şəhər layihəsi çərçivəsində tikilən 5-ci bina olmaqla, S.Vəzirov küçəsi ilə Nobel prospekti arasında X.Rüstəmov küçəsi boyunca yerləşən məhəllənin yaradılmasını başa çatdıracaqdır. Yenidən qurulması “Azəryolservis” ASC tərəfindən aparılan bu küçə şəhərin iki əsas magistralını - Nobel və Babək prospektlərini birləşdirəcək və eni 45 metr və ümumi uzunluğu 1,7 kilometr olan altı zolaqlı prospektə çevriləcəkdir.

Baki Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Layihə haqqında ətraflı məlumatıwww.bakuwhitecity.com saytından əldə edə bilərsiniz.

 

“AQP İnşaat” şirkətinin yaşayış kompleksinin 1-ci binasının tikintisi sona yaxınlaşır.

Qalereya