Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, 4 nömrəli marşrut xəttinin başlanğıc dayanacağı “Nəriman Nərimanov” metro stansiyanın yaxınlığında, sonuncu dayanacağı isə Ağ Şəhərdə yerləşəcək.
Bu, Ağ Şəhər sakinlərinin istifadə edə biləcəyi ikinci avtobus marşrutudur. 2021-ci ilin may ayından istifadəyə verilmiş ilk 10 nömrəli avtobus marşrutu Yasamaldakı MİDA yaşayış kompleksi – “Elmlər Akademiyası”– “İçərişəhər”, “Sahil”, “28 May” – “Xətai” metro stansiyaları və Ağ Şəhər marşrutu üzrə hərəkət edir.
Qeyd edək ki, bu marşrutlar üzrə sərnişinlərin istifadəsinə müasir və rahat avtobuslar ayrılıb.
Qalereya
