World Architecture Festival (Dünya Memarlıq Festivalı) 2015-ci il mükafatı üçün seçilmiş namizədlər siyahısını açıqladı. Dünyanın ən iri memarlıq mükafatı proqramı olan WAF-a 47 ölkədən 700-dən çox memarlıq və dizayn layihələri iştirak ərizələrini təqdim etmişlər. Namizədlər siyahısında Foster + Partners, Zaha Hadid Architects, Herzog & de Meuron, OMA, Buro Ole Scheeren, Atkins kimi memarlıq bürolarının işləri var.
Bakı Ağ Şəhər Ofis Binası da Ofis kateqoriyasında mükafata namizəd kimi seçilmişdir. Qeyd edək ki, bu kateqoriyada London, Sinqapur, Sidney, Abu Dabi kimi şəhərlərdən də ofis binalarının namizədliyi var.
Nəticələr 4-5 noyabr, 2015-ci ildə Sinqapur şəhərində açıqlanacaq.
Bütöv siyahı üçün: https://www.worldarchitecturefestival.com/award-categories#list
Qalereya
