Əsas iştirakçıları Mərkəzi və Şərqi Avropa ölkələri olan Daşınmaz Əmlak və İnvestisiya sərgisi REAL VIENNA 2011 24-25 may 2011-ci il tarixində Avstriyanın paytaxtında Messe Wien-Konqress-Mərkəzində keçiriləcəkdir. Sərgidə ilk dəfə olaraq, eyni zamanda onun əsas iştirakçılarından biri kimi Bakı Ağ Şəhər şəhərsalma layihəsi çıxış edəcəkdir.

REAL VIENNA daşınmaz əmlakın bütün əsas  sahələrində çalışan aparıcı developerlərin  və mütəxəssislərin, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrində iri şəhərlərin və regionların nümayəndələrinin birləşməsində əhəmiyyətli rol oynayır.

İş  əlaqələrininin ən yüksək səviyyədə qurulması ilə ad çıxarmış  tədbirə dəvət olunmuş 400 qonaq sırasında  bir çox şirkətlərin- sərgi eksponentlərinin yüksək dərəcəli rəhbərlərinin, həmçinin  onların əsas müştərilərinin, investorların, hökumət nümayəndələrinin, Mərkəzi və Şərqi Avropa ölkələri regionlarının şəhərsalma üzrə tanınmış mütəxəssislərinin olacağı gözlənilir. Sərgidə  şəhərlər, bələdiyyələr  və regionlar, o cümlədən  daşınmaz əmlak sahəsində çalışan konsaltinq şirkətləri, tikintinin idarə olunması və istehsalın təşkili sahəsində xidmət göstərən şirkətlər, xidmət təchizatçıları, daşınmaz əmlak sahəsində hadisələri işıqlandıran kütləvi informasiya vasitələri  və b. bir araya toplaşacaqlar.

Bakı Ağ Şəhər şəhərsalma layihəsi prezident İlham Əliyevin «2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks Tədbirlər Planının» təsdiqlənməsi barədə fərmanının icrası çərçivəsində həyata keçirilir.

Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar

Qalereya