25-26 noyabr 2010 tarixində Ukraynanın paytaxtında keçirilən MDB və Yaxın Şərq ölkələrinin İnvestisiya Sammitində, dünyanın sürətlə inkişaf edən iki regionun perspektivli əməkdaşlıq məsələlərinə baxılıb.Tədbirdə ölkəmizi   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında fərmanın icrası çərçivəsində həyata keçirilən, və, potensial investisiyalar üçün açıq olan Bakı Ağ Şəhər  Layihəsinin nümayəndələri təmsil etmişlər.

Layihənin təmsilçiləri iştirakçılar qarşısında “Bakı Ağ Şəhər-in İnvestisiya İmkanları” mövzusu ilə çıxış ediblər. Təqdimat zamanı dinləyicilərə Dünya Bankı tərəfindən iqtisadiyyat sahəsində qabaqcıl islahatçı kimi tanınan Azərbaycanın uğurlu iqtisadi inkişafı və  ölkəmizin investisiya imkanları barədə məlumat verilib ki, bu da öz növbəsində sammit iştirakçılarında böyük maraq yaradıb.

Tədbirin təşkilatçıları sırasında Ukrayna Nazirlər Kabineti, Ukrayna Milli Bankı və Ukraynanın İqtisadi İnkişaf Nazirliyi də var idi. Sammit, dünyanın 32 ölkəsinin bütün iqtisadi sahələrində fəaliyyət göstərən ən yüksək şirkətlər qruplarının maliyyə-investisiya sahəsində maraqlı olan və təcrübə mübadiləsində iştirak etmək istəyən 400-dən çox rəhbərlərini bir araya toplamışdır.

Qalereya