Bakı Ağ Şəhər layihəsinin flaqman binası olan Baku White City Office Building beynəlxalq standart olan BREAM (Building Research Establishment Environmental Assessment Methodology) üzrə sertifikatlaşdırılma üçün müraciət edib. Bina həm layihənin həm də Azərbaycanın ilk sertifikatlaşdırılmaş “yaşıl” binası olmaq iddiasındadır ki, bu da öz növbəsində dövlət tərəfindən innovativ texnologiyaların, ekoloji qanunvericiliyin həyata keçirilməsi üçün, eləcə də ətraf mühitin yaxşılaşdırılması üçün vacib olan eko-inkişafa təkan verə bilər. BREEAM aparıcı binaların ekoloji qiymətləndirmə sistemidir və Britaniyanın BRE Global şirkəti tərəfindən 1990-cı ildə yaradılmışdır.  Bu gün BREEAM sxemi yüksək texnologiyalı binalar üçün beynəlxalq keyfiyyət nişanıdır.

Baku White City Office Building binasının tikintisi 2012-ci ilin fevral ayında başlanmışdır. Binanın qabağındakı Bakı Ağ Şəhər layihəsinin təməl daşı yerləşən meydan Nobel prospekti boyunca gəzintinin başlanğıcı olacaqdır. Bakı Ağ Şəhər-in layihələnməsində bir sıra ekoloji tələblər irəli sürülmüşdür ki, bunlar da ATKİNS şirkətinin mütəxəssisləri tərəfindən nəzərə alınmışdır. Enerji və suyun istifadəsinə, işıqlandırmaya, əlverişli nəqliyyata və ofis sahəsinin optimallaşdırılmasına xüsusi nəzər yetirilmişdir. Binanın daşınmaz əmlakın icarəsi bazarına uğurla yeridilməsi üçün beynəlxalq konsaltinq şirkəti olan Jones Lang LaSalle (ABŞ) müraciət edilmişdir və ofis binası heyəti  müştərilərinə beynəlxalq səviyyədə xidmətlərin göstərilməsinə hazırlaşır.

Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

http://www.1news.az/society/20140424105103235.html

Qalereya