Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili, professor Gülçöhrə xanım Məmmədovanın rəhbərlik etdiyi müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin Bakı Ağ Şəhər layihəsində görüşü baş tutdu.
Nümayəndə heyəti Ağ Şəhər-in memarlıq təcrübəsi ilə tanış oldu. Bildirildi ki, dünyanın ən iri müasir şəhərqurma layihələrindən olan Bakı Ağ Şəhər-in icrası üçün şəhərlərin sıxlıq əmsalı, tipik binaların modul prinsipi ilə tikilməsi, günəş insolyasiyası, habelə qabaqcıl kommunikasiya və infrastruktur təchizatı nəzərdə alınıb. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, Bakı Ağ Şəhər beynəlxalq ekoloji standartları əsas götürərək, ərazinin təmizlənməsi və binaların davamlılığına xüsusi önəm verir. Ağ Şəhər-in layihələndirilməsi təcrübəsinin Memarlıq və İnşaat Universitetində mühazirələr və dərsliklərdə istifadə olunacağı bildirildi.
Memarlıq və İnşaat Universitetinin tələbələri Bakı Ağ Şəhər ərazisində müntəzəm olaraq istehsalat təcrübəsi keçmələri və layihədə gedən tikinti ilə mütəmadi olaraq tanış olmaları qərarı verildi.
Qalereya


