Peşəkar şeflərlə hazırlanan dadlı mətbəxli Naşa Daça restoranı Ağ Şəhərin Mərkəzi Park kvartalında artıq xidmətinizdədir. 1-ci Fəvvarələr küçəsində, Avropa Liseyinin yaxınlığında yerləşən restoran həm sakinlərin, həm qonaqların urəyincədir.
Rahat və müasir atmosferli restoranda doyumlu səhər yeməklərindən və musiqili axşamlardan həzz ala bilərlərsiniz. Naşa Daça restoranında yüngül salatlar, qəlyanaltılarla yanaşı, Avropa mətbəxinin yeməklərini dadacaqsınız. Həftə içi Naşa Daça restoranı ziyarətçilərinə biznes-lanç menu təklif edir.
Restorana ev heyvanları ilə gələ bilərsiniz.
Qalereya
