Bakı Ağ Şəhər layihəsi geniş heyətlə 15 may 2022-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş 5-ci Bakı Marafonuna qatıldı.
İştirakçılar bu il fərqli marşrutla Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər Ağ Şəhər ərazisindən keçərək 21 kilometr məsafəni qaçdılar. Bakı Marafonu 2022-ə qatılmış 14900 iştirakçı arasında Ağ Şəhər heyətinin marafonçu Ruslan Bəbirov 21 km məsafəni 1 saat 41 dəqiqə ərzində qət edib.
İdmanın və sağlam həyat tərzinin inkişafına dəstək olaraq Ağ Şəhər layihəsi hər il Bakı Marafonunda iştirak etmişdir.
Qalereya






