Bakı Ağ Şəhər layihəsi geniş heyətlə 5 may 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunmuş 4-cü Bakı Marafonuna qatıldı.
İştirakçılar Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni qaçıblar. Bakı Marafonu 2019-a qatılmış 22300 iştirakçı arasında Ağ Şəhər heyətinin marafonçu Ruslan Bəbirov 21 km məsafəni 1 saat 40 dəqiqə 12 saniyə ərzində qət edərək, korporativ iştirakçılar arasında 5-ci yeri tutub.
İdmanın və sağlam həyat tərzinin inkişafına dəstək olaraq Ağ Şəhər layihəsi ötən illərdə də Bakı Marafonunda iştirak etmişdir.
Qalereya








