Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə 13 may 2018-ci ildə 3-cü Bakı Marafonu təşkil olunmuşdur. Bakı Ağ Şəhər layihəsinin iş heyəti də bu ilki Bakı Marafonuna qatıldı.

İdmanın inkişafını və sağlam həyat tərzini təbliğ edən “Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə etdi. Bu il marafona qatılmış 18 min iştirakçı arasında Ağ Şəhər heyəti bütün məsafəni qət edərək finiş xəttini keçib.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi heyətini Bakı Marafonunda ikinci ildir ki iştirak edir.

Qalereya