TISA beynəlxalq məktəbinin tələbələri davamlı şəhər inkişafı mövzusunun öyrənilməsi çərçivəsində Ağ Şəhərə səfər ediblər. Layihə ərazisinin Qara şəhərdən Ağ Şəhərə çevrilməsi prosesi ilə tanış olan tələbələr davamlı inkişaf təcrübəsi haqqında əsl anlayış əldə etdilər.
Şagirdlərə Ağ Şəhərdə tikilmiş iki biznes mərkəzinin binalarının ekoloji cəhətdən təmizliyinin qiymətləndirilməsi və BREEAM üzrə sertifikatlaşdırılması prosesi haqqında məlumat verilmişdir.
Ekskursiya zamanı tələbələr COP29-un baş qərargahının yerləşdiyi Bakı Ağ Şəhər Ofis Binası 2020 və yaxınlıqda yerləşən Qarabağ Atı (Robert Sammers), Mütəfəkkir (Cozef Klibanski), Əjdaha (MAAS), “La Gran Manzana” (Enrique Cabrera) heykəlləri ilə tanış olublar.
Şagirdlər həmçinin Neft Meydanında bərpa edilmiş, ilk dəfə Bakıda 1863-cü ildə istifadəyə verilmiş qoşa kerosin emalı konstruksiyalarına və içməli su paylanması köşkünə baxıb, oradan Nizami parkının gözəl mənzərəsini seyr ediblər.

Qalereya